Filed under: Uncategorized
Giriş
Təsəvvür edin ki, totalitar dövlətdə yaşamalı oldunuz. Hakimiyyət dövlət və özəl teleradiokanalları kontrola götürür. Ümidinizn internetə qalır, lakin internet asan yönətildiyindən hakimiyyət bir çox sayta girişi bağlayır. Səudiyyə Ərəbistanı, Birma, İran, Qüzey Koreya və digər dövlətlərdə internet sərt kontrol altında saxlanılır.
Səudiyyə Ərəbistanı və Kubada qısa dalğalı radioqəbuledicilərin işlənilməsinə bəlirli qədər limit qoyulub, Qüzey Koreyada isə qısa dalğalı radioqəbuledicilər genəlliklə qadağan ediliblər. Güney Koreyada qısa dalğalı radioqəbuledicilər 1993-cü ilə kimi qadağan olunmuşdular.
Qısa dalğalı radioyayımı senzuradan keçi rmək mümkün olmadığı üçün qadağa qısa dalğalı radioqəbuledicilərə tətbiq olunur.
Qısa dalğalar uzunluğu 10 metrdən 100 metrə qədər olub ionosferdə çox az udulması sayəsində əks olunan dalğalardırlar.
Qısa Dalğalar Haqqında Genəlliklə
İonosferdən əks olunma sayəsində qısa dalğalar ionosferin qatından asılı olaraq 2000 kilometrdən 4000 kilometrə qədər yayıla bilirlər.
Böyük coğrafi ərazilər kapsadığı üçün qısa dalğalar uluslararası radioyayım üçün işlənilir. Qısa Dalğalar sutkanın qaranlıq vaxtı sutkanın işıqlı vaxtına nisbətən daha uzaq məsafələrə yayılmasına görə sutkanın qaranlıq vaxtı işıqlı vaxta nisbətən daha çox radioyayım qəbul etmək mümkündür.
Qısa dalğalı yayımı qəbul etmək üçün qısa dalğalı radioqəbuledicilərdən istifadə etmək gərəkdir.
Geniş qısa dalğa diapazonuna malik radioqəbuledicilərdən işlətmək gərəkdir, çünki onlar daha çox radioyayım qəbul etmək olanağına malikdirlər.
Adətən qısa dalğalı radioqəbuledicinin açarında SW abbreviaturası yazılır ki, bu da Short Waves, ingiliscə Qısa Dalğalar deməkdir.
Tezlinkləri 3 MHz-dən 22 MHz-ə qədər olan radioqəbulediciləri əldə edin, onlar daha çox kanal tutmaq olanağına malikdirlər.
Ev şəraitində, əsasən də şəhər yerində Qısa Dalğalarla yayım etmək bir az çətinləşir. Bunun nədəni avadanlıqların, şəhərdəki texnikanın işləməsidir. Qısa dalğalar diapazonunun bu dalğalara qarşı çox duyarlı olmasındandır ki, radioqəbuledici bu dalğaları da qəbul edir və bunun sonucunda qəbulun keyfiyyəti xeyli azalır.
Belə olan halda keyfiyyətli radioqəbul üçün radioqəbuledicini gərəksiz dalğaların qaynağından uzaqlaşdırın.
Əgər Sizin radioqəbulediciniz zəifdirsə, Sizin çöl antenasına ehtiyacınız olacaq. Çöl antenası üçün Sizə adi məftil gərək olacaq.
Qısa Dalğaların Üstünlükləri
Çağdaş texnologiyalarla müqayisədə qısa dalğalar bir sıra üstünlüklərə malikdirlər.
Senzuraya məruz qalmaladı çox çətindir. Hakimiyyət orqanları internetdən fərqli olaraq qısa dalğaları senzuraya məruz qoyan zaman texniki çətinliklərlə üzləşərək praktiki olaraq qısa dalğalı yayımı senzuraya məruz qoya bilmirlər. Misal üçün, prezident mixail Qorbaçova qarşı edilən dövlət çevrilişi zamanı onun rabitəyə çıxışı məhdud idi. Qorbaçov Britaniya yayım Korporasiyasının köməyi ilə informasiya alırdı.
Qısa dalğalı radioqəbuledicilərin ucuz olmaları onları Qüzey Koreya kimi repressiv dövlətlər istisna olmaqla dünyanın bütün ölkələrində geniş əldə edilə bilən edir.
Bir çox qısa dalğalı radioqəbuledicilər portativdirlər və batareyalarla işləyə bilirlər, bu da onları çətin drurumda xeyirli edir.
Yeni texnologiyalar əl ilə elektrik yığan radioqəbuledicilərin ürətilməsinə imkan verir ki, bu da batareyaların əlçatmaz olduğu zaman radionu enerji ilə təmin edir.
Qısa dalğalı radioqəbuledicilər internetin və ya peyk texnologiyasının əlçatmaz və ya qadağan olduğu hallarda işlənə bilirlər.
FM radiostansiyalarından fərqli olaraq qısa dalğalı radiostansiyalar özlərindən minlərlə kilometr uzaqlıqda eşidilə bilirlər.
Əsasən gecə vaxtı qısa dalğalar bir kontinentdən digərisinə olmaqla bir neçə min kilometr məsafəyə ötürülə bilirlər.
Nömrəli Radiostansiyalar
Nömrəli Radiostansiyalar qaynağı və mənsubiyyəti dəqiq məlum olmayan radiostansiyalardırlar. Onlar efirə süni şəkildə generasiya edilmiş səslərlə rəqəm, söz, hərf, musiqi və əlifba yığımını yayımlayırlar.
Bəzi stansiyalar öz verilişlərini səsli bildirişlərdən əlavə olaraq Morze teleqraf kodu vasitəsilə digər tezliklərdə də yayımlayırlar.
Verilənlər nömrəli radiostansiyalarda yayımlanan verilişlərin kəşfiyyatçılar üçün nəzərdə tutulması varsayımını onaylayır.
“Konet” proyektinin bilgilərinə əsasən nömrəli radiostansiyalar Birinci Dünya Savaşı vaxtından yayımlanmağa başlayıblar. Nömrəli radiostansiyalar dövlət orqanizasiyaları və onların himayəsi altında işləyən casusların bəsit və etibarlı vasitəsi olaraq işləyirlər.
Bilgilər düşmən tərəfindən əldə edilə biləcək istənilən deşifrə riskindən qaçmaq üçün Vernam şifri və ya birdəfəlik kodla şifrlələnirlər.
Amplitud modulyasiyalı və gücü 100 Vt olan radioötürücünün siqnalı ideal şəraitdə – yerli maneələrin aşağı səviyyəsi, əlverişli hava, əlverişli fəsil, aşağı günəş aktivliyi, həmçinin böyük antenin və yüksək keyfiyyətli radioqəbuledicinin işlənməsi şəraitində bütün dünyada qəbul oluna bilər. Lakin kəşfiyyatçılar portativ radioqəbuledici ilə istənilən hava şəraitində, fəsildə və günəş aktivliyində işləməyə məcburdurlar.
Təxminən 2000-2001-ci illərdə ABŞ “Atencion” stansiyasını rəsmən Kuba casus stansiyası elan etdi.
Bu dəməç 1998-ci ildə “Eşşək arısı” adlı Kuba casus şəbəkəsinin aşkar edilməsindən sonra casusluqda suçlama işi üzrə önəmli məsələlərdən biri olmuşdur.
Həmin ildə savcılar şübhəli bilinən şəxslərin Sony portativ radioqəbuledicilərini işlədərək “Atencion” stansiyasından eşidilən sayların casus instruksiyalarının deşifrə edilməsi üçün proqram quraşdırlmış noutbuk kompüterə daxil etdiklərini iddia edirdilər. Federal Təhlükəsizlik Bürosu tərəfindən verilən verilən bilgilərə görə, onların əməkdaşı 1995-ci ildə ləşfiyyatçının mənzilinə daxil olaraq kompüterdən “Atencion” nömrəli radiostansiyasının verilişlərini deşifrə etmək üçün yaradılmış proqramın kopiyasını çıxara bilmişdi.
Bu proqram vasitəsi ilə Federal Təhlükəsizlik Bürosunun əməkdaşları prokurorluq tərəfindən məhkəməyə təqdim olunan “Atencion” stansiyasının yayımladığı sekretlənmiş bildirişləri deşifrə edirdilər. Nömrəli radiostansiyaların özəti və cədvəli qeyri-adi politik olaylar zamanı, misal üçün, 1991-ci ildə baş vermiş avqust qiyamı zamanı kəskin dərəcədə dəyişirdi.
1998-ci ildə “Daily Tepegraph”-da çap olunan bir məqalədə Britaniyada radio yayımını tənzimləyən Ticarət və Sənaye Nazirliyindən olan anonim qaynaqdan gətirilən sitatda deyilirdi:
“Onlar (nömrəli radiostansiyalar) məhz Sizin düşündüklərinizdirlər. İnsanlar aldadılmamalıdırlar. Stansiyalar, belə desək, toplumsal işlətim üçün nəzərdə tutulmayıblar.”
Nömrəli radiostansiyalar əsasən eyni formatda işləyirlər, lakin, onlar arasında bəzi fərqlər də ola bilərlər.
Yayım ya saatbaşı, ya da saatın yarısında başlayır. Prelyudiya olaraq stansiya üçün və ya bildirişin adresatı üçün hər hansı bir identifikator işlənir.
İdentifikator fonetik, rəqəmli (1,2,3,4,5…), konkret frazalar (“Atencion”) və ya musiqi əsərlərinin (“Lincolnshire Poacher”) fraqmenti ola bilər.
Başlanğıc həmçinin bildirişin xarakterinə və prioritetinə göstəriş verə bilər və ya bildirişin olmayacağını bildirə bilər. Sonra bir neçə rəqəm və ya hərfdən ibarət qrup gəlir. Bunun ardınca, bütün bildiriş göndəriləndən sonar stansiya işini bitirir. Bitirən zaman onlar “son” sözünün hər hansı bir dildə olan formalarından birini efirə verirlər. Bəzi stansiyalar yayımlarını sıfırlar seriyasından ibarət bildiriş ilə bitirirlər.
Qısa Dalğalara Qadağalar
Nasist Almaniyası
Xarici stansiyaların dinlənilməsi Nasist Almaniyasında cinayət məsuliyyətinə nədən olurdu. Cəzalar radioqəbuledicinin konfiskasiyasından və həbs olunmaqdan başlayaraq, əgər xarici radiostansiya savaş zamanı dinlənilirdisə, ölüm cəzasına qədər dəyişirdi.1
Xalq radioqəbuledicisi Joseph Goebbelsin istəyi ilə Otto griessing tərəfindən hazırlanmışdı.
Xalq radioqəbulediciləri yalnız yerli radiostansiyaların qəbul olunması məqsədi ilə hazırlanırdı ki, nasist propaqanda verilişləri rahat eşidilsin və eyni zamanda da BBC Beynəlxalq Xidməti kimi digər radiostansiyaların dinlənilməsi mümkün olmasın.
Bu məqsədlə Xalq radioqəbuledicilərinin çox hissəsi qısa dalğalı diapazonlarda işləyirdi və o zaman radioqəbulediciləırin istehsalçıları tərəfindən ümumi qəbul olunmuş qaydalardan fərqli olaraq kökləyicinin üstündə əsas Avropa radiostansiyalarını göstərən nişanlara malik deyildi. Bu radioqəbuledicilərin duyarlığı digər radioqəbuledicilərin duyarlığından az idi, lakin yenə də praktikada çətinliklə də olsa xarici radiostansiyaların radioyayımlarını gücləndirdikləri savaş zamanı onları dinləmək mümkün idi.
Qüzey Koreya
Qüzey Koreyaya gətirilən zaman radioqəbuledicilər və televizorlar polis idarəsində aparılan yoxlama və qeydiyyatdan sonra öncədən yalnız dövlət teleradiostansiyalarına yönləndirilərək fiksə edilirlər.
Bu yönləndirmə sərt fiksə olunub və sərbəst qəbuledicilər kəsinliklə qadağan olunublar. Ziyarətçilərə və turistlərə özləri ilə radioqəbuledici gətirmək qadağan olunub. İnformasiya blokadası politikası çərçivəsində modifikasiya edilmiş radioqəbuledicilər və televizorlar xüsusi dövlət departamentlərində qeydiyyata alınmalıdırlar.
Bundan başqa, qeydiyyatdan keçmiş radioqəbuledicilər təsadüfi yoxlanışa məruzdurlar. Rəsmi limit möhürünün qoparılması yasaya görə sərt cəzalandırılır. Radioqəbuledici və ya televizor əldə etmək üçün Qüzey Koreya vətəndaşları görəvli şəxslərdən özəl icazə almalıdırlar. Qüzey Koreya həmçinin bir neçə dildə xaricə translyasiya üçün güclü qısa dalğalı ötürücüyə də malikdir
Əgər Qüzey Koreyanın sıradan bir sakinini xarici verilişləri dinləyən zaman aşkar etsələr, onu lagerdə həbs edilməyə qədər sərt cəza gözləyəcək.
Politik Propaqanda Üçün Qısa Dalğalar
Radio Marti
Radio Marti Amerika Birləşmiş Ştatları hökuməti tərəfindən maliyələşdirilən, Florida ştatında, Mayamidə yerləşən, Kubaya ispan dilində radioverilişlər yayımlayan radiosyayım kompaniyasıdır.
Radio Martinin əsası Xorxe Mas Xanosun təkidi ilə prezident Ronald Reagan tərəfindən 1983-cü ildə kommunizmlə mübarizə məqsədi ilə qoyulmuşdur.
20 may 1985-ci ildə Radio Martinin verilişləri Birləşmiş Ştatlardan Kubaya yayımlanmağa başladı.
Yayımın birinci günü olaraq Kubanın ispan müstəmləkəçiliyindən azad olunmasının ildönümü, 20 may, 1902-ci ilin şərəfinə seçilmişdi.
Stansiya Kubanın İspaniyadan azad olunması üçün və ABŞ-nın Güney Amerikaya ətkisinə qarşı mübarizə aparmış Kuba yazıçısı Xose Martinin şərəfinə adlandırılmışdır.
Bu gün Radio Marti qısa dalğalı və orta dalğalı ötürücülər vasitəsi ilə yayımlanır. Kuba həm orta, həm qısa dalğalı yayımı boğur, lakin qısa dalğalı yayım Kanadada və bütün Mərkəzi və Güney Amerikada eşidilə bilər.
Radio Marti vasitəsi ilə tez-tez keçmiş Kuba dustaqları, Kubalı göçmənlər çıxış edirlər. Şənbə günləri ABŞ prezidentinin həftəlik çıxışının ispan dilində versiyası yayımlanır.
Ilkin Huseyn
Şərhlər so far
Şərh yazın
Bu yazının məqsədi nədir?
Comment by abdullah05 İyul 28, 2011 @ 6:54 pmSiz bunu oxuyub xəbərləndinizsə, bu artıq məqsəd deyil?
Comment by dedeqorqud İyul 30, 2011 @ 3:47 pm