Союз Реформаторов Менталитета


Genosidlərin yad edilməsinə dair
Fevral 10, 2011, 9:42 am
Filed under: Uncategorized

Genosidlərin yad edilməsinə dair fikirlərimi bildirmək istəyirəm. Bilirik ki, insan özünü nə qədər ali varlıq hesab etsə də, insan hələ evolyusiyanın son mərhələsi deyil və təkamül öz qaydası üzrə davam edir. İnsan da bir heyvandır, özünü böyük bir şey sanan heyvan. İndi mən burada yazı yazıramsa, guya mən özümü heyvandan üstün hesab etməliyəm, amma təbiətə görə insan ən kiçik soxulcandan da fərqli deyil, hər ikisi sonda çürüyüb gedir. İnsanın ağlı delfininkindən bir az çox inkişaf etdiyi üçün insan tarix boyu özündən nələrisə uydurmuşdur – din, vətən, müqəddəslər toplusu, qayda-qanun və sair. Uydurmaq insanın xasiyyətidir. Lakin insan nə qədər özünü heyvandan üstün saysa da, təbiət insanı gətirib öz yerinə qaytarmışdır – insan uydurduğu o iyrənc allaha görə müharibələr etmiş, uydurduğu o murdar vətəninə görə başlar kəsmiş, qanlar tökmüşdür. İnsanın vətəninin olması onun bir daha heyvan olmasının sübutudur. Erkək heyvanlar öz sidikləri ilə meşədə və çöllükdə sərhəd çəkdikləri kimi, insan növünə aid olan heyvanların erkəkləri də eyni hərəkəti etməklə məşğuldurlar, sadəcə olaraq sidiklərini silah ilə əvəz ediblər, qürrələniblər. Nəticədə dövlətlər yaranıb. Kainatdakı milyardlarla daş parçalarından biri olan Yer kürəsinin üstündə qurduqları o gülünc dövlətləri ilə fəxr edən cılız heyvanlar dövlətlərinin ərazilərini genişlətmək üçün və ya dövlətçiliklərini saxlamaq üçün həmişə müharibə ediblər, bəzən dişi insan qadın üstündə də müharibələr olub, eynilə erkək heyvanların bir-birilərini ərazi və dişi üstündə qırdıqları kimi. İnsanlar da eyni ilə heyvanlar kimi sürü halına salınıblar, və insan sürüsü ümumi ideologiya ardınca gedib, eyni ilə qoyun sürüsünün çoban dalınca getməsi kimi. Bu ideologiyalar din ideologiyasından iyrəncliyi ilə heç nəyi ilə geri qalmayan millətçilik, vətən və dövlətçilik idelogiyasıdır. Millət bir dildə mələyən insan sürüsü toplusudur, kənd qarğalarının dili şəhər qarğalarının dilindən fərqli olduğu kimi insanların da ərazidən əraziyə dilləri dəyişir. Dilləri bir olan insanlar qürrələnib özlərini bir millət adlandırıblar, ana dili haqqında şeir zad yazıb camaatın ətini töküblər. Millətlər bir biriləri ilə müharibələr ediblər və müharibədə cəzasızlıq olduğu üçün, insanlar öz əsil sifətlərini açıblar – insan müharibədə öz əsil mahiyyətini açaraq öldürmüş, işgəncələr vermiş, adam əti yemişdir. Bəzən bir toplumun nümayəndələri digər toplumun nümayəndələrini kütləvi surətdə məhv etmişdir, buna da genosid və ya soyqırım adı veriblər. Sonra da məhv edilən tərəf məruz qaldığı soyqırımdan maksimum bəhrələnməyə çalışmış, bu məsələyə ürəyində sevinmiş, sonra da göz yaşı maskalarını üzünə taxıb ətraf-aləmə car çəkərək məruz qaldığı soyqırıma görə pul və digər maddi sərvətlər tələb etməklə məsələyə nə qədər spekulyativ yanaşdığını nümayiş etdirmişdir. Soyqırımların anılmasının insanın nə qədər gic olduğunu göstərməyə çox xeyri var. Guya ürəyiyumşaq olduğundan soyqırımlarda ölənlərdən yalnız qocaları, uşaqları və qadınları öz dilində mələyən toplumunun, yəni millətinin yadına salaraq onlarda digər millətə qarşı nifrəti daha da gücləndirmək, nəticədə camaatda digər millətin də qadın və uşaqlarının başına belə oyunların açılması arzusunu oyatmaq məsələnin mahiyyətinin ürəyiyumşaqlıq yox, qəhbəlik olduğunu üzə çıxarır. Nə üçün soyqırımlar anılır? Yas saxlamaq adətinin mahiyyəti nədir? Mənə çox maraqlıdır, soyqırımı anan və anmayan arasında mahiyyətcə nə fərq var axı? Soyqırımı anan nə edəcək ki? Soyqırımda ölənləri dirildəcək? Yox. Bəs nə edəcək? Facebookda avatarına genosidi bildirən şəkil vuracaq. Bəs sonra? Bununla nə olacaq? Soyqırımda ölənlər diriləcək? Yox. Bəs nə olacaq? Heç nə. Bir halda ki, bunun axırı heç nədir, özünü aldatmaq əvəzinə bu heç nəni öncədən tanıyaraq ümumiyyətlə qətllləri və soyqırımları anmamaq daha məntiqli və daha düzgün olmazdımı? Məni bəzən qəddar olmaqda ittiham edirlər, mən əslində bir heyvan da öldürə bilmirəm, qoyun başı da kəsə bilmirəm, amma məni qəddarlıqda ittiham edirlər, çünki mən soyqırımlara soyuq yanaşıram. Yaxşı, soyqırımlara isti yanaşanlar nə ediblər, bunu deyin. Soyqırımlara isti yanaşmaqla orada ölənləri dirildə biləcəklərsə, mən də indidən soyqırımlara isti yanaşım, yox, əgər soyqırımı xatırlamaqla hansısa millətə nifrət aşılamaq əlbir olacaqsa, məni belə səfeh işlərə dəvət etməyin. Heç bir fəlsəfi bazası olmayan, dialektika ilə tamamilə ziddiyyət təşkil edən, sırf heyvani instinktlərə və primitiv eqoizmə söykənən belə hərəkətləri mənə sırımayın, heç özünüz də bunu etməyin, etdikcə sürüyə dönürsünüz, batırsınız.

İlkin Hüseyn


1 şərh so far
Şərh yazın

Holokostun yad edilmesi her zaman gerekdir.Bu müasir tarixin qırılma nöqtesidir.Orda qıran da insan idi,qırılan da.onu yad edenler sadece qırılanlar deyil.Öldüren ve ölen insandır.İnsan başverenleri yad etmelidir ki içinde böyüde bileceyi kinin neticesinin ne ola bileceyini heç vaxt unutmasın.Soyqırımları anan bunu mehz utancla anır,özünü ölenin yerine qoyur ve hem de öldürenin yerine ezab çekir.Men Xocalı şekillerini görende, göresen yeniden müharibe olsa men de qedarlaşıb bu cür vehşiliklermi töredecem deye düşünüb tiksinirem.Bunun mahiyyetini bir kenara qoyub hadiseye sidik-melemek kimi primitiv yanaşma ancaq yeni qetliamlara haqq qazandırmaqdır.başqa heçne.

Men isterdim qırğınlar hemişe yad edilsin,amma indiki kimi yox.Ermeniler Xocalını,Azerbaycanlılar ise qoy Sumqayıt hadiselerini tanıyıb yad etsinler ki bir daha öz içlerindeki nifretin nece tehlükeli olduğunu unutmasınlar.

Comment by türk oğlan




Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s



Follow

Get every new post delivered to your Inbox.